Advertisement

Lənkəranda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Lənkəranda yol qəzası olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında köhnə Ələt-Astara magistralında, Lənkəran şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.