Advertisement

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən qəza baş verib

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisə baş verib

APA xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

1975-ci il təvəllüdlü Oqtay Sabir oğlu Xəlilov idarə etdiyi “Mercedes” markalı avtomobillə 35-40 yaşlarında (şəxsiyyəti dəqiqləşdirilir) qadını vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.