Advertisement

Lənkəranda qohumunu bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Lənkəranda qohumunu bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə APA – nın cənub bürosunun sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəxsi münasibətlər zəminində həmin əməli törətməkdə şübhəli bilinən Kərgəlan kənd sakini İ.Babayev saxlanılıb.

Qeyd edək ki, mübahisə şəxsi münasibətlər zəminində baş verib və tərəflər yeznə – qayındır.

Faktla bağlı araşdırma aparılır.