Advertisement

Bakıda yük avtomobilinin üzərində olan texnika yolun hərəkət hissəsinə düşüb

Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında yük avtomobilinin üzərində olan texnika yolun hərəkət hissəsinə düşüb.

APA xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarərtmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.

Hazırda sıxlığın yaranmaması, nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə tədbirlər görülür.