
Hacıqabulda avtomobil yoldan çıxaraq aşıb, 4 nəfər ağır xəsarət alıb
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.
“KIA” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli ağır xəsarətlər alıb.
Yaralılar Şirvan xəstəxanasına yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.

























