Advertisement

Ukraynada ballistik raket həyəcanı elan edilib

Rusiya ərazisindən Ukraynaya ballistik raket buraxılması ilə əlaqədar hava həyəcanı elan edilib.

APA “Unian”a istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Buna səbəbin Rusiyanın Kursk vilayətindən Ukraynanın Mirqorod şəhəri istiqamətinə ballistik raketin buraxılması ilə bağlı daxil olan məlumatın olduğu bildirilir.