Advertisement

İmişlidə evdə yanğın olub – Trend.Az

Bakı. Trend:

İmişli rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Qaragüvəndikli
kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 5 otaqlı evin yanar
konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə
olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.