Advertisement

Bakıda ağacın budaqlarının kəsilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib

Bakıda 28 may küçəsində ağacın budaqların kəsilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

Bu barədə APA-ya Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən xəbər verilib.

Qeyd edilib ki, 28 may küçəsində baş vermiş bu hadisə ilə bağlı Bakı şəhər yaşıllaşdırma təsərrüfatı birliyinin mütəxəssisləri tərəfindən ağaca baxış keçirilib: “Müdaxilə faktı aşkarlanıb, aktlaşdırılaraq aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına göndərilib”.