
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində
İdarəetmə Mərkəzinə, Şəmkir rayonunda yol-nəqliyyat hadisəsinin baş
verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə
məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından
Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb
olunub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, əməliyyat şəraiti
qiymətləndirilərkən müəyyən olunub ki, “VAz” markalı iki minik
avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə
qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti
nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil
verilib.

























