Advertisement

Finlandiya ölkəyə giriş qaydalarını sərtləşdirmək niyyətindədir

Finlandiyada sentyabrın 1-dən ölkəyə giriş qaydalarını sərtləşdirən qanunvericilik dəyişiklikləri qüvvəyə minəcək.

APA xəbər verir ki, müvafiq məlumat iyulun 4-də hökumətin saytında dərc edilmiş bəyanatda deyilir.

“Qanunvericiliyə edilən dəyişikliklər ölkəyə giriş qaydalarından yayınmanın qarşısını daha effektiv almağa imkan verəcək”, – məlumatda deyilir.