Advertisement

Böyük Britaniyada nazirlər kabinetinin yeni üzvlərinin bəziləri artıq məlum olub

İngiltərə kralı III Çarlz tərəfindən baş nazir təyin edilən Keir Starmer yeni kabineti formalaşdırmağa başlayıb.

APA xəbər verir ki, onun nazir postuna təyin etdiyi şəxslərin ana müxalifətdə olduğu dövrdə kölgə kabinetdə olan simaların olması gözdən yayınmayıb.

Raşel Reeves ölkədə maliyyə naziri vəzifəsinə təyin olunan ilk qadın olub. Starmer baş nazir vəzifəsinə gəldikdən sonra kabinetdə yer alacaq şəxsləri Nazirlər Kabinetinin 10 nömrəli ofisinə çağırmaqla kabineti formalaşdırmağa başlayıb.

Müvafiq olaraq Angela Rayner Baş nazirin müavini və İnkişaf, Sosial Mənzil və İcmalar naziri, David Lammi xarici işlər naziri, İvette Kuper isə daxili işlər naziri təyin edilib.

Starmer müdafiə naziri postuna Con Healini, ədliyyə naziri postuna Şabana Mahmudu, səhiyyə naziri postuna Ues Stritinqi, əmək naziri postuna Liz Kendallıtəhsil naziri postuna isə Bridget Fillipsonu təyin edib.

İşçi Partiyasının sabiq lideri Ed Milibend isə enerji təhlükəsizliyi və sıfır emissiya naziri təyin edilib.

İngiltərə kralının şəxsi mülkü olan Lankaster hersoqluğunun idarə edilməsi bu sahədə kölgə nazir vəzifəsini də icra edən təcrübəli siyasətçi Pat Makfaddenə həvalə edilib.

Sadalanan adların hamısının çalışdıqları sahələrdə kölgə nazirləri olması diqqəti cəlb edib.

İngiltərədə kölgə kabinet deyə bir məfhum var ki, bu kabinet ana müxalifət partiyasının üzvləri tərəfindən yaradılır, hökumətdə nazirlərin işinə nəzarət edir və alternativ siyasətlər hazırlayır.