Advertisement

Orban Pekindən sonra Vaşinqtona səfərə gedib

Macarıstan Baş naziri Viktor Orban bu gün Çin dövlət başçısı Si Cinpin Pekində görüşüb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Macarıstan lideri Pekindən sonra Vaşinqtona yola düşdüyünü bildirib.

Qeyd edək ki, Orban iyulun 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli və sülh danışıqlarına başlamağın mümkün yollarını müzakirə edib. İyulun 2-də isə o, Kiyevə səfər edib və burada bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıb. O, eyni zamanda, iyulun 6-da Şuşada TST liderlərinin sammitində iştirak edib.