Advertisement

Bakıda xəstə baş həkimin otağına benzin tökərək yandırıb

Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.

APA xəbər verir ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğını söndürülməyə cəhd edilir.

Xəsarət alan olmadığı bildirilir, əlavə məlumat veriləcək.