Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.
APA xəbər verir ki, hadisə aeroport şossesində baş verib.
Belə ki, 99-KO-266 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü şossenin piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən 35-45 yaşlı kişini vurub.
Piyada hadisə yerində ölüb. Hazırda piyadanın şəxsiyyəti araşdırılır.
























