
Bakı. Trend:
Bakıda Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun
qarşısında yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq
yaranıb. Sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.

























