
Bakı. Trend:
Cəhri-Buzqov avtomobil yolunda qaya uçqunu baş verib.
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi
şəxsin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə Cəhri-Buzqov
avtomobil yolunun 18-20-ci km-lik hissəsində qeydə alınıb.
Qaya parçaları yolun hərəkət hissəsinə düşüb və avtomobillərin
hərəkətini məhdudlaşdırıb.
Sözügedən yolda yaranmış problemlə bağlı dərhal əraziyə Naxçıvan
Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikası və canlı
qüvvəsi cəlb edilib.
Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində həmin yolda
hərəkətin fasiləsizliyi və təhlükəsizliyi qısa zamanda təmin
olunub.

























