Advertisement

Sumqayıtda marşrut avtobusu TIR-la toqquşub, xəsarət alanlardan birinin vəziyyəti ağırdır – FOTO

Hacı Zeynalabdin – Sumqayıt avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı iyulun 12-si saat 17:20 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 12 nəfər (7-si kişi cinsli, 5-i qadın cinsi olmaqla) yerləşdirilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq mərkəzdən məlumat verilib.

Bildirilib ki, hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.

***

17:38

Bakı-Quba yolunda ağır-yol nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə yolun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb.

3 nömrəli marşrut avtobusu TIR-la toqquşub. Nəticədə 11 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.