
Polşanın şimalındakı Qdinya şəhərində “M-346 Bielik” təlim təyyarəsinin pilotu aerodromda qəzaya uğrayaraq həlak olub.
APA “RMF24”ə istinadən xəbər verir ki, bu barədə Polşa Ordusunun Hərbi Hava Qüvvələrinin inspektoru general İreneuş Novak məlumat verib.
Novak vurğulayıb ki, qəzaya uğrayan təyyarə praktiki olaraq yenidir və 2022-ci ildə istifadəyə verilib.



























