Advertisement

FHN dənizdə batan bir nəfəri xilas edib, digərinin meyiti sudan çıxarılıb

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə nəzarətsiz ərazidə iki nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Qurumun Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, əraziyə dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb edilib.

Operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2007-ci il təvəllüdlü Mirzəyev Nihad Yalçın oğlu “Qızılqum” dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən xilas edilib. 2010-cu il təvəllüdlü Seyidov Mirkamil Mirəli oğlunun isə meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.