Advertisement

Siyarto Lavrovla Rusiyadan neft və qaz tədarükünü müzakirə edib

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto rusiyalı həmkarı Sergey Lavrovla Rusiya neft və qazının tədarükü məsələlərini müzakirə edib.

APA “RIA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə macarıstanlı nazir jurnalistlərə açıqlamasında deyib.

“Biz Rusiyadan Macarıstana təhlükəsiz neft və qaz nəqli məsələsini müzakirə etdik”, – nazir vurğulayıb.

Siyarto bildirib ki, Rusiya nefti Macarıstanın enerji təhlükəsizliyi üçün çox vacibdir.