
Parisin Yelisey meydanında bıçaqla silahlanmış şəxs polis əməkdaşına hücum edib.
APA xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Cerald Darmanin məlumat yayıb.
“Parisin 8-ci əyalətində mağazanı qoruyan məmurların çağırışına gələn polisə hücum edilib”, – nazir qeyd edib.
Polisə hücum edən şəxs zərərsizləşdirilib.



























