Advertisement

İngiltərənin şimalında etnik pakistanlılar iğtişaşlar törədib

İngiltərənin şimalındakı Lids şəhərində etnik pakistanlıların iştirakı ilə iğtişaşlar baş verib.

APA xəbər verir ki, bu barədə Talk TV məlumat yayıb.

İlkin məlumata görə, iğtişaşlar hüquq-mühafizə orqanlarının ərazidə yaşayan bir ailədən 5 uşağı götürməsindən sonra başlayıb.

Sosial xidmət əməkdaşlarının çağırışından sonra polis hadisə yerinə gəlib.

Proseslər disfunksional ailədən olan uşağın qəsdən kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilməsi fonunda baş verib.