
“ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır”.
APA xəbər verir ki, bu barədə ANAMA-nın yaydığı məlumatda deyilir.
Təhlükəli və minalı ərazidə olduğunuzu hiss etdinizsə – DAYANIN, hərəkət etməyin!
Mina hadisəsinin şahidi olduğunuz halda, həmin yerə yaxınlaşıb kömək etməyə cəhd etməyin, özünüzü təhlükəyə atmayın!
Dərhal hadisə barədə 805, 102 və ya 112 qaynar xətlərinə məlumat verin!

























