Advertisement

Naxçıvanda avtomobil ana və azyaşlı qızını vurub

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, yolu keçən Şahbuz rayon Yuxarı Qışlaq kənd sakinləri – 1994-cü il təvəllüdlü Qaybalızadə Günay Məhərrəm qızını və onun övladı 2019-cu il təvəllüdlü Qaybalızadə Nur Gündüz qızını avtomobil vurub.

Ana və qızı Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləsdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.