
Avropa İttifaqı Xarici işlər nazirləri Şurasının bu gün keçirilən iclasında Avropa Sülh Şurasından Ermənistana 10 milyon avro ayrılması ilə bağlı qərar qəbul olunub.
APA-nın xəbərinə görə, bu barədə Avropa ittifaqı Şurası məlumat yayıb.
Aİ Şurası Ermənistana Avropa Sülh Fondundan 10 milyon avro yardım ayrılması barədə paketi təsdiqləyib.
Ermənistana dəstək üçün göstərilən yardımın məqsədi Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmaq və böhran və fövqəladə vəziyyətlərdə mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir.
Qərar Aİ-Ermənistan tərəfdaşlığı çərçivəsində qəbul edilib və Ermənistanda və Cənubi Qafqazda sülh, sabitlik və rifahın təşviqinə yönəlmiş ümumi dəyərlərə əsaslanır.



























