Advertisement

Gəncədə minik maşını qazılan xəndəyə düşüb

Gəncədə yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-21015” markalı avtomobil hərəkətdə olan zaman yolda qazılmış xəndəyə düşüb.

Qəza zamanı xəsarət alan olmayıb, avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.