
Gəncədə 49 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb.
Bu barədə APA-nın yerli bürosuna DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov bildirib. Onun sözlərinə görə, keçirilmiş müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, şəhər sakini Amin Həmzəyev saxlanılaraq istintaqa təhvil verilib.
***
00:20
Gəncədə bıçaqlanma hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
Belə ki, 1975-ci il təvəllüdlü E. Seyidov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat olunub.
Zərərçəkənin vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə 49 yaşlı kişi tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.

























