
İyulun 25-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yol nəqliyyat hadisəsi qeydə alınıb.
DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, sürücü H.Zahidov idarə etdiyi “Opel” markalı avtomobillə Ş. Kamilov küçəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kəsişməsində yerləşən avtoyuma məntəqəsində olan “Changan” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində avtoyuma məntəqəsində çalışan 1 nəfər müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları tərəfindən baxış keçirilib, tərəflərin izahatları alınıb. Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.
Araşdırmalar Sabunçu Rayon Polis İdarəsində davam etdirilir.

























