
Macarıstan hökuməti Avropa İttifaqının Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı postuna Oliver Varhelyinin namizədliyini yenidən irəli sürüb.
APA xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Orban Viktor “X” hesabında bildirib.
“Bu yaxınlarda Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə telefonla məsləhətləşmələrimdən sonra Avropa Komissiyasına namizədim növbəti dəfə Oliver Varhelyi oldu. Son beş il ərzində komissar Varhelyi sübut etdi ki, Aİ həm qonşuluğunda, həm də ondan kənarda müsbət qüvvə kimi fərq yarada bilər. O, qarşıdan gələn Komissiyada da əla iş görəcək”, Baş nazir Orban bildirib.



























