Advertisement

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri sabah görüşəcək

Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr – Serdar Kılıç və Ruben Rubinyanın görüşəcəyini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Ermənistan XİN-in sözçüsü “X” hesabında bildirib.
“İyulun 30-da Ermənistan-Türkiyə sərhədində Xüsusi Nümayəndələrin beşinci görüşü baş tutacaq”, paylaşımda qeyd olunub.

***

12:48

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr – Serdar Kılıç və Ruben Rubinyan sabah Türkiyə-Ermənistan sərhədində danışıqların 5-ci raundunu keçirəcək.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə türkiyəli jurnalist Sena Alkan məlumat yayıb.

O qeyd edib ki, görüş səhər Ermənistan, günorta isə Türkiyə tərəfində baş tutacaq.

Tural Əsədi

Zümrüd Paşkin