Advertisement

Bakıda 19 gün əvvəl xəsarət alan sərnişin ölüb

Sabunçuda iyulun 12-də yol qəzası zamanı xəsarət alan sərnişin ölüb.

APA xəbər verir ki, xəstəxanaya yerləşdirilən sərnişin 1979-cu il təvəllüdlü Əsgərov Elnur Vahid oğlu dünən xəsətxanada vəfat edib.

Qeyd edək ki, hadisə Zabrat-Məhəmmədi yolunda “Kia Rio” markalı avtomobillə “Chevrolet Epica”nın toqquşması nəticəsində baş verib.