Advertisement

Xəzərdə batdığı ehtimal olunan şəxsin axtarışına 2 helikopter cəlb olunub

Bakı şəhərinin Xətai rayonunda dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən APA-a xəbər verilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Batdığı ehtimal olunan şəxsin axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin 2 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.