
Bakı. Trend:
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq
Səhmdar Cəmiyyətinin balansında olan suvarma şəbəkəsinə zərər
vurulub.
Trend xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti məlumat
yayıb.
Bildirilib ki, Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində
yerləşən, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su
Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarəsi olan Kəngərli
Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin balansında olan 810
hektar qapalı suvarma şəbəkəsinə mart ayının 29-da idarə
əməkdaşları tərəfindən baxış keçirilərkən, ümumi dəyəri 627 manat
olan 2 ədəd DN100/PN16 siyirtmənin və 4 metr uzunluğunda DN100/PN16
olan plastik boru birləşmələrinin naməlum şəxs və ya şəxslər
tərəfindən yandırılaraq tam yararsız hala salındığı aşkar
olunub.
Qeyd edilib ki, bununla əlaqədar tərtib olunmuş sənədləri mövcud
qanunvericiliyə uyğun baxılıb, günahkarların cəzalandırılması və
dövlət büdcəsinə dəymiş ziyanların bərpa etdirilməsi üçün, Kəngərli
Rayon Prokurorluğuna və Polis Şöbəsinə təqdim edilib.
Hazırda araşdırma aparılır.

























