Advertisement

Beyləqanda yol qəzası baş verib, xəsarət alan var

Beyləqanda yol qəzası baş verib, xəsarət alan var.

APA-nın yerli müxbirinin verdiyi xəbərə görə, hərəkətdə olan “VAZ” markalı minik maşını idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Rayon ərazisində baş verən qəzada sürücü, 2003-cü il təvəllüdlü Quluzadə Ağamir Ağaəli oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu deyilir.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırma başladılıb.