Advertisement

Bakıda gənc qız bir qrup şəxs tərəfindən küçədə döyülüb

Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Qanbay Vəzirov küçəsində qeydə alınıb.

Belə ki, 2006-ci il təvəllüdlü Hacızadə Ləman Zöhrab qızı küçədə içərisində orta yaşlı kişi və qadının olduğu qrup tərəfindən döyülüb.

18 yaşlı qız aldığı xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Fakt araşdırılır.