Advertisement

Səbaildə avtoxuliqanlıq edən şəxs saxlanılıb

Bakı. Trend:

Səbail rayonu ərazisində avtoxuliqanlıq hərəkətləri edən şəxs
saxlanılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata
görə, 99-SY-403 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı
avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq
avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol
Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Səbail
rayon məhkəməsinə təqdim edilib.

Məhkəmənin qərarı ilə sürücü Qasımov Araz Failxan oğlu 1 il
sürücülük hüququndan məhrum edilməklə 500 manat məbləğində cərimə
olunub.