Advertisement

Sabah deputatlığa namizədlərin seçki dairələri üzrə siyahısının dərc edilməsi prosesi başa çatacaq

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısının dərc edilməsi prosesi sabah başa çatacaq.

APA-nın xəbərinə görə, Seçki Məcəlləsinin 26.2.5, 148.5-ci maddələrinə əsasən, Mərkəzi Seçki Komissiyası qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısının dərc edilməsini səsvermə gününə azı 20 gün qalanadək təmin etməlidir.

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il avqustun 12-dək olan dövrü əhatə edir.