Advertisement

Zərdabda ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı üçə çatıb – FOTO

Zərdabda baş verən qəzada ölənlərin sayı 3-ə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, səhər saatlarında daha 1 nəfər ölüb.

***

09:15

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirib ki, avqustun 9-da saat 23 radələrində Ağcəbədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi “VGV U75 Plus” markalı avtomobillə Kürdəmir-Zərdab yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində nəqliyyat vasitəsində olan iki nəfər ölüb, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.

***

00:21

Zərdab rayon ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Zərdab rayonunun İşıqbağı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VGV U75 Plus” markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində 2 nəfərin öldüyü və 6 nəfərin isə xəsarət aldığı bildirilir.

Xəsarət alan şəxslər Zərdab Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.