Advertisement

ATƏT PA-nın 61, ATƏT DHİB-in 40 nəfər müşahidəçisi artıq qeydiyyatdan keçib

ATƏT Parlament Assambleyasının 61 nəfər, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 40 nəfər müşahidəçisi artıq qeydiyyatdan keçib.

APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Türkiyə Böyük Millət Məclisinin, Gürcüstan, Qazaxıstan, Rusiya parlamentlərinin nümayəndələri, GUAM Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı seçkini müşahidə edəcək.