Advertisement

ABŞ Zelenskini Avakovla əvəz etmək istəyir

ABŞ Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakovu Vladimir Zelenskinin yerinə effektiv namizəd hesab edir.

APA-nın xəbərinə görə, bu barədə Rusiyanın Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

Bu seçim A.Avakovla Ukraynanın millətçi dairələri və Avropa ölkələrinin liderləri arasında sıx əlaqələrin mövcudluğu ilə əsaslandırılır.

O da qeyd edilir ki, V. Zelenskinin Avakovla əvəzlənməsi Ukraynanın Rusiya ilə münaqişənin nizamlanması üzrə mümkün danışıqlara daha yaxşı hazırlaşması məqsədi daşıyır.