Bakı. Trend:
Suriyanın şimalındakı Aazaz şəhərində bazar meydanında bomba
yüklü avtomobilin partladılması nəticəsində azı 10 nəfər həlak
olub.
Trend-in məlumatına görə, bu barədə “Al Mayadeen” televiziya
kanalı xəbər verib.
Xilasedicilər dağıntıları təmizləməyə davam etdikcə mülki
vətəndaşlar da daxil olmaqla ölənlərin sayı arta bilər.
Yanğınsöndürmə briqadaları hadisə yerindədir.
23 nəfər yaralanıb və yerli xəstəxanaya yerləşdirilib.
























