Advertisement

Sumqayıtda yeniyetmənin ölümü araşdırılır – Baş Prokurorluq

Bakı. Trend:

Sumqayıtda yeniyetmənin ölümü araşdırılır.

Baş Prokurorluğun Mətbuat xidmətinə Trend-dən daxil olmuş
sorğulara cavab olaraq bildirilir ki, martın 31-də saat 7
radələrində Sumqayıt şəhəri ərazisində 2011-ci il təvəllüdlü
yeniyetmənin meyitinin aşkar olunması faktı ilə bağlı Sumqayıt
şəhər prokurorluğunda araşdırma aparılır.

Meyitin xarici müayinəsi zamanı üzərində hər hansı xəsarət izi
aşkar edilməyib.

Yeniyetmənin ölüm səbəbi təyin olunmuş müvafiq ekspertizanın
rəyindən sonra bilinəcək.