Advertisement

Kobaxidze Aİ-yə üzvlüklə bağlı danışıqların başlanma vaxtının Gürcüstan üçün vacib olmadığını deyib

Gürcüstan hakimiyyəti üçün Aİ-nin rəsmi Tbilisi ilə üzvlüklə bağlı danışıqlara nə vaxt başlaması vacib deyil.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze brifinqdə deyib.

“Bu (Aİ-yə daxil olmaq üzrə danışıqların vaşlanması) bizim üçün əsas deyil”, – Kobaxidze bildirib.