
Bakı. Trend:
Beyləqanda narkotik vasitənin qanunsuz dövriyyəsinə qarşı
ardıcıl tədbirlər keçirilib, həmçinin rayon ərazisindən tapılan
silah-sursat polisə təhvil verilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə
verilən məlumata görə, tədbirlər zamanı Mürsəl Fərhadlı, Turqut
Əsədov və Səyəddin Məmişov saxlanılıblar. Onlardan satış məqsədi
ilə əldə etdikləri marixuana aşkarlanıb.
Faktla bağlı Beyləqan RPŞ-də cinayət iṣi başlanılıb, adıçəkilənlər
barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə, aparılan profilaktik tədbirlərin nəticəsi olaraq
rayon sakinləri 1 ədəd “AK-74” silahını, 2 ədəd “F-1” və 1 ədəd
“RQN-D” əl qumbarasını partlayıcıları ilə birlikdə, 196 ədəd
patronu və 2 ədəd darağı polis əməkdaşlarına təhvil veriblər.
Silah-sursatı təhvil verən şəxslərə təşəkkür edilib.

























