
Ağsuda maşın hasara çırpılıb, ölən var.
APA xəbər verir ki, hadisə H.Əliyev prospektində qeydə alınıb.
1966-cı il təvəllüdlü Abışov Nazim Paşa oğlunun özünə məxsus “VAZ 2106” markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarına çəkilmiş hasara çırpılıb.
Qəza nəticəsində sərnişin 1978-ci il təvəllüdlü Əmirov Rövşən Əzizbək oğlu müxtəlif bədən xəsarətləri alaraq ölüb.
Fakt araşdırılır.

























