
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4400 nəfər cəlb edilib.
APA xəbər verir ki, bu barədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-iyul aylarının yekununa dair məlumatda bildirilib.
Qeyd edilib ki, onlardan 16-18 yaşadək-1 nəfər, 18-25 yaşadək 332 nəfər, 26-29 yaşadək 707 nəfər, 30 yaş və ondan yuxarı isə 3360 nəfər təşkil edir. Həmin şəxslərdən 4265-i kişi, 135-i qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 43 nəfəri xarici ölkə vətəndaşıdır.
Məsuliyyətə cəlb edilmiş 43 xarici ölkə vətəndaşından ümumilikdə 110 kq 015 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

























