
Bakı. Trend:
Saatlı rayon sakini sakini atasından qalan avtomatı könüllü
polisə təhvil verib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin
Şirvan regional qrupundan bildirilib.
Belə ki, rayonun Nərimankənd kənd sakini evinin həyətindəki
tövlədə söküntü işləri aparan zaman dünyasını dəyişən atasının
orada gizlətdiyi bir ədəd avtomatı, iki ədəd darağı və 21 ədəd
patronu aşkar edib və könüllü olaraq polis əməkdaşlarına təhvil
verib.
Polis əməkdaşları vətəndaşa bu nümunəvi davranışa görə təşəkkür
ediblər.

























