
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan motosiklet yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Xəsarət alan şəxsin parkovşik olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

























