Advertisement

Almaniyada “şeytan çarxı”nda baş verən yanğında 30-dan çox şəxs xəsarət alıb

Almaniyanın Saksoniya əyalətində hər il keçirilən Highfield musiqi festivalı zamanı ərazidə olan “şeytan çarxı”nda yanğın baş verib.

APA xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Hadisə nəticədə 30-dan çox şəxs xəsarət alıb.

“Hazırda dördü polis olmaqla 30-dan çox şəxsin yaralandığı məlum olsa da, onların hamısının yüngül xəsarətlər aldığı güman edilir”, – nəşr qeyd edir.