Advertisement

Latviyada qadınlar üçün hərbi xidmət 2028-ci ildən məcburi ola bilər

“Latviya qadınlar üçün hərbi çağırışı məcburi etməlidir”.

APA xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Andris Spruds “X” platformasında məlumat verib.

“Əhatəli milli müdafiəyə doğru irəliləyərək, qadınların milli müdafiə xidmətinə məcburi hərbi xidmətə cəlb olunmasını dəstəkləyirəm”.

O, qadınların məcburi hərbi xidmətə cəlb olunmasına 2028-ci ildən başlamağı optimal vaxt hesab edib.